Məxfilik siyasəti
Bu sənəd hazırlanır və hüquqşünas tərəfindən yoxlanılır. Yekun versiya pilotdan əvvəl dərc olunacaq.
- Pilot müraciəti üçün yalnız adınızı, telefon nömrənizi, uşağın sinfini və bizim haqqımızda haradan eşitdiyinizi toplayırıq.
- Bu məlumatdan yalnız pilotla bağlı sizinlə əlaqə saxlamaq üçün istifadə edirik və onu heç kimə satmırıq.
- İstənilən vaxt razılığınızı geri götürə və məlumatınızın silinməsini istəyə bilərsiniz.
Uşağın məlumatları
- Uşaq haqqında yalnız ləqəbini, sinfini, tədris bölməsini, seçdiyi dünyanı və tapşırıq nəticələrini (cavab, vaxt, ipucu) saxlayırıq.
- Uşağın soyadını, şəklini, cinsini, doğum tarixini, ünvanını və yerini soruşmuruq.
- Bu məlumatdan yalnız öyrənməni uşağa uyğunlaşdırmaq və valideynə irəliləyişi göstərmək üçün istifadə edirik. Uşaq ekranında reklam yoxdur.
- Razılığı valideyn bölməsində istənilən vaxt geri götürə bilərsiniz: bundan sonra uşaq oynaya bilmir.
İDEA Consulting and Solutions MMC