Oyun bitir, bilik qalır.
Uşağınız gündə 15 dəqiqə oynayır, siz nəyi öyrəndiyini dəqiq görürsünüz. Riyaziyyat Azərbaycan kurikulumu ilə addım-addım gəlir, hər həftə qısa hesabat alırsınız.
- 1–4-cü siniflərHazırlıq paketi 2027 yayında, yuxarı siniflər sonra
- Azərbaycan və rus bölməsiMəktəbdəki mövzu ardıcıllığı ilə
- Reklamsız mühitUşağa heç nə satılmır
Düz cavab topu qapıya göndərir.
7 × 8 = ?
Hər anlayışın beş dayanacaqlı yolu
Riyaziyyatda da, gələcəkdə başqa fənlərdə də eyni qayda: əvvəl görmək, sonra anlamaq, sonra düşünmək və unutmamaq. Nümunə: 3-cü sinif, vurma. Kartın üzərinə gəlin, toxunun və ya Enter basın: arxasında elmi əsası var.
Uşağınız neçənci sinifdədir?
Seçin, müraciət formasına keçək. Bir dəqiqə çəkir.
Həftədə bir dəfə, iki dəqiqəlik hesabat
Nə mənimsənib, nə davam edir, harada köməyə ehtiyac var. Üstəlik evdə birlikdə edə biləcəyiniz bir kiçik tapşırıq.
Bu hesabatı fevraldan alın- Vurma cədvəli: 6–9Mənimsənib%0
- Üçrəqəmli ədədlərin toplanmasıDavam edir%0
- Qalıqlı bölməKöməyə ehtiyac var%0
Evdə: 13 alma 4 uşağa necə bölünür? Qalan alma kimə düşər? Birlikdə danışın.
Arxasında 140 illik elm dayanır
Biz yeni üsul icad etmirik. Dünyada sınanmış və tədqiqatlarla təsdiqlənmiş yanaşmaları uşağın gündəlik 15 dəqiqəsinə yerləşdiririk.
- 1885Hermann Ebbinghaus
Unutma əyrisi
Öyrənilən bilik günlər içində sürətlə unudulur, vaxtında təkrar bunu dayandırır. Cepeda və b. (2006) 300-dən çox təcrübəni təhlil edib təsdiqləyib.
Lorex Edu-da: Mövzu bir neçə gün və həftə sonra özü geri qayıdır.
- 1930-larLev Vygotsky
Yaxın inkişaf zonası
Uşaq ən yaxşı, təkbaşına hələ bacarmadığı, amma köməklə bacardığı səviyyədə öyrənir.
Lorex Edu-da: Çətinlik uşağa uyğunlaşır, səhvdə cavab yox, ipucu gəlir.
- 1956Benjamin Bloom
Düşünmə səviyyələri
Xatırlamaqdan anlamağa, tətbiqə, təhlilə və yaratmağa qədər pillələr (2001-də Anderson və Krathwohl yeniləyib).
Lorex Edu-da: Hər mövzuda hesablama ilə yanaşı müqayisə, səhv tapma, öz məsələsini qurma.
- 1966Jerome Bruner
Konkret → şəkil → simvol
Uşaq yeni anlayışı əvvəl əşya ilə, sonra şəkillə, ən sonda rəqəm və işarə ilə mənimsəyir.
Lorex Edu-da: Hər yeni mövzu vizual modellə başlayır, rəqəm sonra gəlir.
- 1968Benjamin Bloom
Mənimsəmə ilə öyrənmə
Uşağa lazım olan qədər vaxt verilsə, əksəriyyət mövzunu tam mənimsəyə bilir.
Lorex Edu-da: Mövzu mənimsənmədən növbəti açılmır, hər uşaq öz tempində gedir.
- 2006Henry Roediger, Jeffrey Karpicke
Xatırlama məşqi
Özünü yoxlamaq, materialı təkrar oxumaqdan daha möhkəm yadda saxlatdırır.
Lorex Edu-da: Qısa tapşırıqlar uşağı hər dəfə xatırlamağa məcbur edir.
- 2008Robert Siegler, Geetha Ramani
Ədəd oxu
Xətti ədəd oyunları oynayan uşaqlarda ədəd hissi nəzərəçarpacaq dərəcədə güclənir.
Lorex Edu-da: Ədəd oxu bütün siniflərdə əsas vizual alətdir.
- 2016Steenbergen-Hu, Makel, Olszewski-Kubilius
Qabiliyyətli uşaqlar üçün irəliləmə
Proqramı qabaqlayan uşaqlara daha çətin material vermək onların nəticəsini yaxşılaşdırır.
Lorex Edu-da: Zirvə proqramı: bildiyini təkrar yox, irəli getmək.
Burada göstərilən nəticələr tədqiqatlara aiddir, Lorex Edu-nun öz nəticəsi deyil. Öz nəticələrimizi pilotdan sonra açıq dərc edəcəyik. Pilot ailələri bu nəticələri ilk görənlər olacaq.
Pilot ailəsi olunUşağınız üçün təhlükəsiz mühit, idarə isə sizdə
Reklam yoxdur
Uşaq ekranında reklam, xarici keçid və izləyicilər yoxdur.
Uşağa satış yoxdur
Ödəniş və paketlər yalnız valideyn bölməsindədir, uşaq heç bir təklif görmür.
Ekran vaxtını siz təyin edirsiniz
Limit dolanda oyun dayanır. Tövsiyə: gündə 15 dəqiqə.
Limitə 6 dəqiqə qalıb. Limit dolanda oyun dayanır.
- Düz cavabda qısa melodiya
- Hər bazar günü hesabat hazır olanda
Bu, nümunədir: seçimlər heç yerdə saxlanmır.
Riyaziyyat asan gələn uşaqlar üçün
Bəzi uşaqlar mövzunu sinif yoldaşlarından tez mənimsəyir və eyni tipli tapşırıqlardan darıxır. Zirvə onlara daha çətin və daha maraqlı yol açır.
Bildiyini yenidən keçmir
Qısa yoxlamadan uğurla keçən mövzu təkrarlanmır, vaxt yeni mövzuya qalır.
Fəza təsəvvürü
Fiqurları zehnində çevirmək, qurmaq və müqayisə etmək.
Bir neçə düzgün cavabı olan tapşırıqlar
Uşaq tək cavab yox, fərqli yollar axtarır. Yandakı nümunəni sınayın.
Zirvə yolu uşaq mövzuları tez və dəqiq mənimsəyəndə açılır.
Uşağınız Zirvəyə hazırdır? Pilotda yoxlayın24 nöqtəni bərabər sıralara düz. Neçə üsulla alınır?
Başlanğıc: 1 sırada 24 nöqtə. İndi aşağıdan başqa say seçin.
Tez-tez verilən suallar
Cavabını tapmadığınız sual var? Müraciət edin, WhatsApp ilə cavab verək.
Müraciət etHansı yaş üçündür?
1–4-cü sinif şagirdləri üçün, təxminən 6–10 yaş. Məktəbə hazırlıq paketi (5–6 yaş) 2027-ci ilin yayında gələcək.
Məktəbdəki dərslərlə necə uyğun gəlir?
Mövzular Azərbaycan kurikulumundakı ardıcıllıqla gəlir. Uşağın sinfini seçirsiniz, o, məktəbdə keçdiyi mövzunu oyunla möhkəmləndirir.
Uşağım riyaziyyatda zəifdirsə və ya çox güclüdürsə?
Çətinlik hər uşağa uyğunlaşır. Zəif mövzuda tapşırıq vizual modelə və ipuclarına qayıdır. Proqramı qabaqlayan uşaq üçün Zirvə yolu var.
Telefonda işləyirmi?
Bəli. Lorex Edu brauzerdə açılır və telefona tətbiq kimi əlavə edilə bilər. Planşet və kompüterdə də işləyir, mağazadan yükləmək lazım deyil.
Gündə nə qədər ekran vaxtı?
Bir sessiya təxminən 15 dəqiqədir. Gündəlik limiti siz təyin edirsiniz və limit dolanda oyun dayanır.
Bir hesabda neçə uşaq ola bilər?
Satışa çıxış versiyasında bir valideyn hesabında bir neçə uşaq profili olacaq, hər birinin öz sinfi, səviyyəsi və hesabatı ilə. Pilotda bunu sizinlə ayrıca dəqiqləşdiririk.
Ödəniş və ləğv necədir?
Pilot pulsuzdur və kart tələb olunmur. Pilotun sonunda istəyən ailələrə sentyabr abunəsinə endirimli qeydiyyat təklif edəcəyik; bu, məcburi deyil.
Rus dili nə vaxt gələcək?
Əvvəlcə Azərbaycan bölməsi istifadəyə verilir. Rus bölməsi eyni kurikulumla və rusca terminlərlə ondan sonra gələcək.
Pulsuz pilot, 100 yer
1–4-cü sinif şagirdləri olan ailələrlə pilot keçiririk. Pilot pulsuzdur, sizdən yalnız rəy istəyirik.
- 1–4-cü sinif riyaziyyatı, Azərbaycan bölməsi
- Telefon, planşet və kompüterdə işləyir
- Ödəniş yoxdur, kart tələb olunmur
Müraciətdən sonra nə olur?
- Formu doldurursunuzBir dəqiqə çəkir.
- WhatsApp ilə yazırıqYerinizi təsdiqləyir və girişi göndəririk.
- Fevralda başlayırıqUşaq gündə 15 dəqiqə oynayır, siz həftəlik hesabat alırsınız.
Pilota müraciət
Qəbul açıqdırMüraciətdən sonra WhatsApp ilə sizinlə əlaqə saxlayacağıq.